May 19 2020 15:33
Elshad Aliyev
Views: 38

Ötən gün Rusiyada 9 min 263 nəfərdə koronavirus infeksiyası aşkar edilib. AZƏRTAC xəbər verir ki, ölkədə bir gündə daha 9 min 263 COVID-19 xəstəsi aşkar edilib, 115 pasiyent vəfat edib, 5921 nəfər sağalıb.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 232 min 941 nəfərə çatıb. Ölkədə indiyədək bu xəstəlikdən 76 min 130 nəfər sağalıb, 2837 xəstə vəfat edib.

Qeyd edək ki, hazırda COVID-19 xəstələrinin sayına görə Rusiya ABŞ-dan sonra hələ də ikinci yerdədir. Onun ardınca Böyük Britaniya, Braziliya, İspaniya, İtaliya, Fransa, Almaniya gəlir.


Create Account



Log In Your Account