Apr 27 2020 13:13
Elshad Aliyev
Views: 71

Rusiyada ötən gün ərzində daha 6198 nəfərin COVİD-19 xəstəliyinə tutulduğu məlum olub.

AZƏRTAC xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 6198 nəfər artaraq, 87 min 147 nəfərə çatıb. Beləliklə, Rusiya bu infeksiyaya yoluxma sayına görə COVID-19-un “vətəni” Çini arxada qoyub. Çində indiyədək 83 min 912 yoluxma halı qeydə alınıb.

Ötən gün 50 nəfər, bütün dövr ərzində isə 794 nəfər vəfat edib. Bir gündə 579 xəstə, ümumilikdə 7346 xəstə sağalıb.


Create Account



Log In Your Account