Apr 28 2020 16:40
Elshad Aliyev
Views: 61

Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı 93 min 558 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, ötən gün ərzində COVID-19 xəstələrinin sayı 6411 nəfər artaraq, 93 min 558 nəfərə çatıb. Beləliklə, Rusiya ABŞ, İspaniya, İtaliya, Fransa, Almaniya, Böyük Britaniya və Türkiyədən sonra infeksiyaya yoluxanların sayına görə dünyada 8-ci yerə çıxıb.

Bir gündə ölkədə 1110 xəstə sağalıb, 72 nəfər dünyasını dəyişib. Ümumilikdə, Rusiyada 8456 xəstə sağalıb, 867 nəfər vəfat edib.


Create Account



Log In Your Account