Apr 12 2021 15:03
Elshad Aliyev
Views: 111

Rusiya ilə Türkiyə arasında aviasiya əlaqəsinin bağlanması və ya məhdudlaşdırılması barədə hələlik heç bir qərar qəbul edilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya koronovirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair operativ qərargahdan TASS agentliyinə məlumat verilib.

Operativ qərargahdakı mənbə agentliyin bildirib ki, hazırda Türkiyə ilə aviasiya əlaqəsinə dair heç bir qərar qəbul edilməyib və bu məsələ ilə bağlı qərargahın iclas keçirməsi nəzərdə tutulmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Federal İstehlakçıların Hüquqlarına və İnsan Rifahı Sahələrinə Nəzarət Xidmətinin rəhbəri Anna Popova Türkiyədə koronavirusa yoluxma sayının artdığnı və yeni ştammların məhz Türkiyədən Rusiyaya gətirildiyini demişdi. Bundan sonra Rusiya ilə Türkiyə arasında uçuşların dayandırılacağı barədə xəbərlər yayılmışdı.


Create Account



Log In Your Account