Feb 28 2020 10:55
Elshad Aliyev
Views: 57

Suriyanın İdlib bölgəsində 33 türk hərbçisinin öldürülməsindən sonra Rusiya Müdafiə Nazirliyindən ilk açıqlama verilib.

APA “Reuters”ə istinadən xəbər verir ki, açıqlamada Türkiyə Silahlı Qüvvələrinə qarşı həyata keçirilən hücumda Rusiyaya məxsus təyyarələrin yer almadığı bildirilib: “Rusiya atəşkəsin davam etməsi üçün əlindən gələni edir. Türkiyənin itkilər verməsindən sonra bölgədə atəşkəsin bərqərar olması üçün tədbirlər görülür. Türk hərbçiləri lazım olmayan yerdə olduqları üçün hökumətin Hərbi Hava Qüvvələri tərəfindən vurulub”.

 


Create Account



Log In Your Account