Jul 02 2020 17:00
Elshad Aliyev
Views: 141

Rusiya Konstitusiyasına düzəlişlərə dair səsvermə baş tutub və Mərkəzi Seçki Komissiyasında (MSK) mövcud nəticələrə təsir edə biləcək heç bir fakt yoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya MSK-nın sədri Ella Pamfilova söyləyib.

O deyib ki, səsvermənin son nəticələri iyulun 3-də elan olunacaq. Səsvermə hüququ olan vətəndaşların 1 milyondan çoxu onlayn səs verib, iyulun 1-də isə 58 milyondan çox rusiyalı seçki məntəqələrinə gəlib. O xatırladıb ki, səsvermə zamanı 526 mindən çox müşahidəçi Rusiyanın bütün regionlarında seçkilərə nəzarət edib.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kremldə səsvermənin uğurlu nəticələrini xalqın Prezidenti Vladimir Putinə etimadı kimi qiymətləndirirlər. Onun sözlərinə görə, Konstitusiyaya dəyişiklər Rusiyanın daha yaxşı gələcəyi üçün zəmin yaradır.


Create Account



Log In Your Account