Apr 09 2020 12:34
Elshad Aliyev
Views: 78

Rusiya “OPEC+” ölkələri və digər neft hasilatçıları arasında sövdələşmə olacağı təqdirdə neft hasilatını 14 faiz azaltmağa razıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Energetika Nazirliyindən məlumat bildirilib. Agentliyin həmsöhbəti deyib ki, Rusiya neft hasilatını 2020-ci ilin birinci rübünə nisbətən 14 faiz - gündəlik 1,6 milyon barrelə azaltmağa hazırdır. Rusiya Prezidenti Vladimir Putin bir qədər əvvəl demişdi ki, ölkəsi neft bazarının digər iştirakçıları, o cümlədən ABŞ da hasilatı azaldacaqları təqdirdə neft istehsalını azaltmağa razılıq verəcək.

Xatırladaq ki, “OPEC+” razılaşmasına Rusiya ilə Səudiyyə Ərəbistanı arasında fikir ayrılığı səbəbindən martın 31-də xitam verilib. Bundan sonra OPEC ölkələrində neft hasilatının artımı, eyni zamanda, koronavirus pandemiyası ilə əlaqədar neftə olan tələbatın azalması və neftin qiymətinin kəskin aşağı düşməsi müşahidə edilib.


Create Account



Log In Your Account