Nov 18 2019 14:58
Elshad Aliyev
Views: 42

“SSRİ-də ən hay-küylü terror aktlarını Ermənistanlı millətçilər törədiblər”. Rusiyanın “Versii” nəşrində dərc olunmuş məqalə bu sərlövhəni daşıyır. Müəllif 1977-ci il yanvarın 8-də Moskvada törədilmiş və yeddi insanın ölümünə səbəb olmuş terror aktlarından bəhs edib.

AZƏRTAC xəbər verir ki, məqalədə böyük hay-küyə səbəb olmuş həmin cinayətin istintaqı yer alıb. İstintaqı SSRİ DTK-nın əməkdaşları aparıb və təhqiqat onları Yerevana aparıb çıxarıb. Müəllif yazır: “DTK-da Ermənistanda baş verənlərdən yaxşı xəbərdar idilər. Üzdə “xalqlar dostluğu”nun bəyan edilməsinə baxmayaraq, ölkənin müxtəlif bölgələrində alışan və sönməyən millətçilik ocaqları vardı”. Məqalədə sonra Yerevanda qondarma “soyqırımı”nın 50 illiyin münasibətilə keçirilən matəm mitinqinin etiraz marşına çevrildiyi diqqətə çatdırılır. Qeyd olunur ki, nümayişçilər Dağlıq Qarabağ və Naxçıvanın Ermənistana verilməsini tələb edirdilər. DTK nümayişi dağıda bilib, lakin bu, millətçiliyin daha da güclənməsinə və respublikada Ermənistanın SSRİ-dən müstəqilliyini elan edən gizli Milli Birlik Partiyasının yaranmasına gətirib çıxarıb.

Sonradan məlum olduğu kimi, yanvar partlayışları erməni terrorçularını daha da ruhlandırıb və onları növbəti aksiyalar hazırlamağa sövq edib. Bu dəfə onların hədəfi Moskvanın Kursk vağzalının gözləmə zalı olub. Plana görə, insanlarla dolu olan bu zalda üç ədəd əldəqayırma güclü bomba partladılmalı idi. Lakin xoşbəxtlikdən terrorçular buna nail ola bilməyiblər.

Uzun sürən istintaqdan sonra general Vadim Udilovun rəhbərlik etdiyi qrup terrorçular Akop Stepanyanı, Zaven Baqdasaryanı və Stepan Zatikyanı həbs edib. Cinayət işinə SSRİ Ali Məhkəməsinin qapalı iclasında baxılıb. Terrorçular cinayət törətməkdə təqsirini etiraf etməyiblər. Zatikyanın çıxışından epizod qalıb: “Mən özüm müttəhim yox, ittihamçıyam. Sizin məni mühakimə etmək haqqınız yoxdur, belə ki, jidorus imperiyası hüquq dövləti deyil”. O, son sözündə deyib: “İnsanlara çatdırın ki, Stepanın axırıncı sözləri belə olub: qisas, qisas və yenə də qisas!” 1979-cu il yanvarın 24-də məhkəmə hər üç müttəhim barəsində ölüm hökmü elan edib.

Məqalənin tam mətninin aşağıdakı linkdə oxumaq olar: https://versia.ru/samyj-gromkij-v-sssr-terakt-sovershili-nacionalisty-iz-armenii


Create Account



Log In Your Account