May 12 2020 18:00
Elshad Aliyev
Views: 165

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov koronavirus infeksiyasına yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Peskovun özü jurnalistlərə bildirib. O deyib ki, koronavirus infeksiyasına yoluxub və hazırda müalicə alır. O, son bir aydan artıq dövrdə Prezident Vladimir Putinlə qiyabi ünsiyyətdə olub.

Qeyd edək ki, Rusiyada Baş Nazir Mixail Mişustin, Mədəniyyət naziri Olqa Lyubimova, Tikinti və Mənzil-Kommunal Təsərrüfatı naziri Vladimir Yakuşev və bir neçə deputat da koronavirusa yoluxublar.


Create Account



Log In Your Account