Nov 25 2019 15:37
Elshad Aliyev
Views: 86

Rusiya prezidenti Vladimir Putin 2020-ci il yanvar ayının birinci ongünlüyündə Türkiyəyə rəsmi səfər edəcək.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olan sonuncu telefon danışıqlarından birində onlar “Tür axını”nın yerüstü hissəsinin 2020-ci ilin birinci ongünlüyündə hazır olacağı barədə razılığa gəliblər. Putin bu məqsədlə Türkiyəyə səfər edəcək. Bu səfərə hazırlıq gedir”, - deyə o qeyd edib.


Create Account



Log In Your Account