Dec 02 2019 14:33
Elshad Aliyev
Views: 412

Rusiya Prezidenti Vladimir Putin və ÇXR Sədri Si Cinpin “Sibir gücü” (Sila Sibiri) kəməri üzrə Rusiya qazının Çinə çatdırılmasına telekörpü rejimində start veriblər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin icazəsindən sonra “Qazprom”un sədri Aleksey Miller kranın acıdığını elan edib. Bununla da Rusiya qazı Çinin qaz nəqli sisteminə daxil olmağa başlayıb.

“Sibir gücü” qaz kəmərinin ümumi uzunluğu 3000 kilometrdir. Boru kəməri ilə Çinə ildə 38 milyard kubmetr qaz ixracı nəzərdə tutulur.

 


Create Account



Log In Your Account