May 08 2020 15:29
Elshad Aliyev
Views: 53

Rusiyanın “Region-19” Arxangelsk regional televiziya kanalında əfsanəvi azərbaycanlı sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun rəşadətindən söhbət açılıb.

AZƏRTAC xəbər verir ki, “Region-19” telekanalı Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə “Deduşkinı medali” (“Babaların medalları”) adlı rubrika hazırlayıb. Burada gənclər müharibə qəhrəmanları haqqında danışırlar.

Növbəti videoburaxılış əfsanəvi həmvətənimiz, tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunub.

Dahi sərkərdənin həyatı barədə Şimal Dövlət Tibb Universitetinin tələbəsi Səmayə Kərimova söhbət açıb.


Create Account



Log In Your Account