Apr 28 2021 12:04
Elshad Aliyev
Views: 103

Rusiya Ukrayna ilə sərhəddən qoşunlarını qismən geri çəkib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Sərhəd Xidmətinin rəhbəri bildirib.

O deyib ki, Rusiya qoşunlarını şərq sərhədlərindən yox, yalnız Krımdan geri çəkib.

Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu bir neçə gün əvvəl Ukrayna ilə sərhəddə təlimlərdə iştirak edən hərbi birləşmələrin təlimləri tamamladığını və aprelin 23-dən etibarən geri çəkiləcəyini bildirib.


Create Account



Log In Your Account