Mar 19 2020 15:26
Elshad Aliyev
Views: 54

"Carçıoglu Group" MMC və Rusiyanın "Tatspirtprom" dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "Rus Azeri Spirits” zavodunda tibbi spirt istehsalına başlanıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.


Create Account



Log In Your Account