Aug 13 2020 13:43
Elshad Aliyev
Views: 64

Sentyabr ayının ilk yarısında “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə Rusiya və BƏƏ-nin idxalçılarının iştirakı ilə "Made in Azerbaijan" onlayn biznes forumu keçiriləcək. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, B2B görüşləri formatında təşkil olunacaq forum Azərbaycan ixracçıları üçün öz məhsullarını təqdim etmək, tərəfdaş tapmaq və müqavilələr bağlamaq üçün unikal fürsət yaradacaq.

Öz məhsul və xidmətlərini BƏƏ və Rusiyaya ixrac etmək istəyən aşağıdakı sənaye sahələrinin yerli istehsalçıları forumda iştirak etməyə dəvət olunurlar.

Qida sənayesi və kənd təsərrüfatı sahələri üzrə BƏƏ idxalçıları ilə görüşlər 1-2 sentyabr, Rusiya idxalçıları ilə görüşlər isə 3-4 sentyabr tarixlərində təşkil olunacaq.

İnşaat sənayesi üzrə BƏƏ idxalçıları ilə görüşlər 8-9 sentyabr, Rusiya idxalçıları ilə görüşlər isə 10-11 sentyabrda keçiriləcək.

Rusiya idxalçıları ilə görüşlərdə iştirak etmək üçün https://b2b-rus.ceo.az/register_as_exporter-az linkindən, BƏƏ idxalçıları ilə görüşlərdə iştirak etmək üçün isə https://b2b-uae.ceo.az/register-as-exporter linkindən qeydiyyatdan keçərək iştirak etmək olar.


Create Account



Log In Your Account