Dec 23 2019 11:57
Elshad Aliyev
Views: 97

Rusiya Belarusla rouminqi ləğv etmək üçün yol xəritəsinin son variantını tam razılaşdırıb və hazırda onun Minsk tərəfindən imzalanmasını gözləyir.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Rabitə Nazirliyinin mətbuat katibi Yevgeni Novikov deyib.

Onun sözlərinə görə, yol xəritəsinin qanunvericiliklə təsbit edilməsi ilə bağlı təkliflər 2020-ci ilin martında hazırlanmalıdır.

"Belarus rouminq zamanı daxil olan zənglər üçün ödənişi 6 ay ərzində, yəni 2020-ci ilin sentyabrından gec olmayaraq ləğv etməlidir. Bu vaxtadək rouminq zənglərinin düzgün yönləndirilməsi və tarifikasiyasını təmin etmək məqsədilə bütün texniki, təşkilati və digər tədbirlər başa çatdırılmalıdır", - deyə Y. Novikov bildirib.


Create Account



Log In Your Account