Apr 16 2020 18:11
Elshad Aliyev
Views: 142

ABŞ Rusiyanın ünvanına əsassız ittihamları tirajlamaqda davam edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"ABŞ-ın yaxın və uzaq mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxaraq Rusiyanın ünvanına sübutsuz ittihamları tirajlamağı davam etdirməsi Moskvanı təəccübləndirir. ABŞ Dövlət Departamentinin ölkələrin silahlanma üzərində nəzarət haqqında razılaşmaya riayət etməsinə dair hesabatında Rusiya tərəfindən yaxın və uzaq mənzilli raketlərin ləğv edilməsi haqqında Müqaviləni pozmaqla bağlı bizə qarşı iddiaların geniş siyahısının ortaya çıxması təəccüb doğurur. Bu element Rusiya ilə nüvə silahları üzərində nəzarət mövzusu ilə bağlı dialoqun davam etdirilməsi perspektivlərinə aid olan ABŞ-ın əksər rəsmi şəxslərində mövcuddur”.

Nazir müavini bildirib ki, bu, faktiki vəziyyətin birbaşa təhrifidir: “Bizim yaxın və uzaq mənzilli raketlərin ləğv edilməsi ilə bağlı Müqaviləyə yanaşmalarımız dəfələrlə ictimailəşdirilib. ABŞ-la birbaşa dialoq zamanı biz son ana qədər, yəni, fevralın 2-də ABŞ bu müqavilədən birtərəfli çıxdığını bəyan edənə qədər, bu müqavilənin qorunub saxlanması üçün böyük səylər göstərmişik. Əlbəttə ki, Rusiyanın bu müqaviləni pozmasından heç bir söhbət gedə bilməz",- deyə rusiyalı nazir müavini vurğulayıb.

S. Ryabkov 9М729 raketinin heç vaxt uzaq məsafədə sınaqdan keçirilmədiyini də söyləyib: "Hansı ki, buna müqavilənin tələbinin pozulması kimi baxılır".


Create Account



Log In Your Account