Dec 23 2019 16:18
Elshad Aliyev
Views: 124

“Rusiya və "Taliban" hərəkatının maraqları ancaq İŞİD-lə mübarizə məsələsində kəsişir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) ikinci Asiya Departamentinin direktor müavini Dmitri Kabayev deyib.

Onun sözlərinə görə, Rusiya və “Taliban”ın məqsədləri üst-üstə düşmür.

“Rusiya heç vaxt taliblərin, "Taliban" hərəkatının müdafiəçisi kimi çıxış etməyib. Bizim məqsədlərimiz üst-üstə düşmür. “Taliban”ın başqa məqsədləri var. Maraqlarımız ancaq bir nöqtədə, öz qeyri-insani qanunlarını bütün dünyaya yaymaq istəyən İŞİD-ə qarşı mübarizədə kəsişir. "Taliban" hərəkatı öz ərazisində İŞİD-ə qarşı mübarizə aparır”, - deyə rusiyalı diplomat Rusiya-Əfqanıstan Gənclər Forumunun bağlanış mərasimində vurğulayıb.


Create Account



Log In Your Account