Mar 24 2020 11:26
Elshad Aliyev
Views: 35

Rusiya Xəzər suitilərini “Qırmızı kitab”a daxil edəcək.

AZƏRTAC xəbər verir ki, Rusiya Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin nadir və kökü kəsilməkdə olan heyvan və bitkilər üzrə komissiyası belə qərar qəbul edib.

Nazirlikdən bildiriblər ki, hazırda Xəzərdə 70 minə yaxın suiti qalıb. Bu heyvanların sayının getdikcə azalması müşahidə olunur.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan Xəzər suitilərini artıq “Qırmızı kitab”larına daxil ediblər.


Create Account



Log In Your Account