May 04 2020 14:09
Elshad Aliyev
Views: 51

Rusiyada bir gündə 10 min 581 nəfərdə koronavirus aşkar edilib. AZƏRTAC xəbər verir ki, Rusiyada koronavirus xəstələrinin sayı bir gündə 10 min 581 nəfər artaraq 145 min 286 nəfər çatıb. Ölkədə bir gündə 76, ümumilikdə isə 1356 xəstə vəfat edib.

Ötən gün aşkar edilən koronavirus xəstələrinin 5795-i Moskva sakinidir.

Hazırda Rusiya koronavirus xəstələrinin sayına görə ABŞ, İspaniya, İtaliya, Böyük Britaniya, Fransa və Almaniyadan sonra yeddinci yeri tutur.


Create Account



Log In Your Account