May 14 2020 16:47
Elshad Aliyev
Views: 167

Rusiyanın Elm və Ali Təhsil naziri Valeriy Falkov yeni növ koronavirusa (COVID-19) yoluxub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, V. Falkovun koronavirus infeksiyasına yoluxduğunu, artıq sağalaraq işə çıxdığını qeyd edib.

Qeyd edək ki, V. Falkov Rusiya hökumətində COVID-19-a yoluxan sayca dördüncü nazir olub. Bundan öncə Baş Nazir Mixail Mişustin, Tikinti naziri Vladimir Yakuşev və Mədəniyyət naziri Olqa Lyubimova koronavirusa yoluxublar.


Create Account



Log In Your Account