Apr 16 2020 15:28
Elshad Aliyev
Views: 56

Rusiyada gün ərzində 3448 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

AZƏRTAC xəbər verir ki, beləliklə, ölkədə bu virusa yoluxanların sayı 84 regionda 27 min 938 nəfərə çatıb. Gün ərzində 318 nəfər sağalıb, 34 nəfər vəfat edib. İndiyədək Rusiyada 2304 nəfər sağalıb, 232 nəfər vəfat edib.

Moskvada ötən gün 1370 nəfərdə COVID-19 infeksiyasının yaratdığı xəstəlik aşkar edilib. Ümumilikdə, Rusiya paytaxtında xəstələrin sayı 16 min 146 nəfərdən çoxdur.


Create Account



Log In Your Account