Jun 01 2020 18:06
Elshad Aliyev
Views: 140

Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin vaxtı məlum olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Rusiya Prezidenti Vladimir Putin keçirdiyi əməliyyat müşavirəsində ümumxalq səsverməsinin Qələbə Paradı ilə eyni gündə, iyunun 24-də keçirilməsi təklifinə qarşı çıxıb.

O, Qələbə Paradının ayrıca bayram olduğunu, insanların həmin gün konstitusiyaya dəyişikliyə köklənə bilməyəcəyini söyləyib.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova isə ümumxalq səsverməsinin iyulun 1-də keçirilməsini təklif edib. V. Putin konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin iyulun 1-də keçirilməsi təklifi ilə razılaşıb.

Qeyd edək ki, Rusiya Prezidenti koronavirus epidemiyasının yayılmasına görə konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 22-nə təyin olunan ümumxalq səsverməsinin qeyri-müəyyən vaxtadək təxirə salıb. Qanun layihəsinə görə, ölkə konstitusiyasının 171 bəndinə dəyişiklik edilməsi planlaşdırılır.


Create Account



Log In Your Account