May 18 2020 12:45
Elshad Aliyev
Views: 34

Rusiyada son sutka ərzində daha 8926 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 290 678 nəfərə çatıb.

Rusiyada son sutka ərzində 91 nəfər koronavirusdan ölüb.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 2722 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 70 209 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.


Create Account



Log In Your Account