Jun 03 2020 11:55
Elshad Aliyev
Views: 56

Rusiyada son sutka ərzində daha 8536 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 432 277 nəfərə çatıb.

Son sutka ərzində 178 nəfərin isə koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 5215 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 195 957 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan sonra üçüncü yerdə gəlir.


Create Account



Log In Your Account