Apr 24 2020 12:43
Elshad Aliyev
Views: 61

Rusiyada son sutka ərzində daha 5849 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVID-19-a yoluxanların sayı 68 622 nəfərə çatıb.

Rusiyada son sutka ərzində 60 nəfərin öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 615 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 5568 nəfərdir.


Create Account



Log In Your Account