Mar 16 2020 15:02
Elshad Aliyev
Views: 97

Rusiyanın “Rəqəmsal maliyyə aktivləri haqqında” qanun layihəsində kriptovalyuta buraxılışı və dövriyyəsi əsassız risk daşıdığı qeyd olunur.

"APA-Economics"in "Interfax" agentliyinə istinadən verdiyi məlumata görə, qanun layihəsi Rusiyada kriptovalyuta buraxılışına və dövriyyəsinə qadağa qoyur və qadağanın pozulmasına görə məsuliyyət tətbiq olunacaq.

Rusiya Mərkəzi Bankının hüquq şöbəsinin müdiri Aleksey Quznovun sözlərinə görə, bununla bağlı Mərkəzi Bankın mövqeyi dəyişməz olaraq qalır: "Hesab edirik ki, kriptovalyuta dövriyyəsinin qanuniləşdirməsi böyük risklər daşıyır. Maliyyə sabitliyi və çirkli pulların yuyulması ilə mübarizə üçün risklər yaranır. Bundan başqa, istehlakçıların müdafiəsi də zərərlə üzləşə bilər".


Create Account



Log In Your Account