May 14 2020 15:01
Elshad Aliyev
Views: 51

Rusiyada əhalinin koronavirus infeksiyasından peyvənd olunması “hərbi yol”la həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Sergey Kolesnikov məlumat verib. Peyvəndləşdirmənin artıq bu ilin payızında başlanacağını ehtimal edən alimin sözlərinə görə, “hərbi yol” ilkin mərhələdə risk qrupuna daxil olan şəxslərə peyvənd vurulması deməkdir. Əhaliyə bu cür peyvənd vurulması adətən fövqəladə hallarda həyata keçirilir. Akademik vurğulayıb ki, hazırda yüzlərlə ölkədə COVID-19-a qarşı peyvənd hazırlanır və Rusiya bu preparatlardan ən yaxşısını seçəcək. Ölkəyə hər il 8-10 milyon belə preparat tələb olunacaq, infeksiyaya qarşı immunitetin yaranması üçün isə 70 milyon peyvənd edilməlidir.

Qeyd edək ki, Rusiyada da koronavirus infeksiyasına qarşı peyvənd üzərində iş gedir. Səhiyyə Naziri Mixail Muraşkinin sözlərinə görə, preparat iyulun sonlarında hazır ola bilər.


Create Account



Log In Your Account