May 11 2020 18:01
Elshad Aliyev
Views: 182

Rusiyada mayın 12-dən etibarən qeyri-iş günləri başa çatır.  APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, bütün ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan qeyri-iş günlərinin müddəti sabahdan, yəni, mayın 12-dən etibarən bitir: "Lakin epidemiya ilə mübarizə bitmir. Vəziyyətin nisbətən əlverişli olduğu ərazilərdə belə epidemiya təhlükəsi qalır".

Qeyd edək ki, koronavirus pandemiyasının yayılması  ilə əlaqədar Rusiyada mart ayının 28-dən aprelin 2-dək elan olunmuş qeyri-iş günlərinin sayı mərhələli şəkildə mayın 12-dək uzadılıb.


Create Account



Log In Your Account