Apr 20 2020 15:47
Elshad Aliyev
Views: 65

Rusiyada əmək miqrantlarının ölkə vətəndaşlarına bərabər tutulması və işsizliyə görə yardım verilməsi məsələsi gündəmdədir.

AZƏRTAC xəbər verir ki, Rusiya Strateji Təşəbbüslər Agentliyinin baş direktoru Svetlana Çupşeva ölkənin Baş Naziri Mixail Mişustinə koronovirus pandemiyası şəraitində əhalinin maddi cəhətdən dəstəklənməsi ilə əlaqədar təkliflərdən ibarət məktub göndərib. Təkliflərdən biri də koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti işini itirmiş miqrantları Rusiya vətəndaşlarına bərabər tutmaq və onlara yardım etməkdən ibarətdir.

Məktubda Portuqaliyanın təcrübəsi nümunə gətirilərək qeyd olunur ki, bu ölkədə 580 min miqrant ölkə əhalisinə bərabər tutulub və onlara yardımlar edilib.


Create Account



Log In Your Account