Apr 16 2020 16:55
Elshad Aliyev
Views: 138

Rusiyanın Krasnoyarsk şəhərində orta məktəbə silahlı hücumun qarşısı alınıb.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, FTX tərəfindən Krasnoyarsk şəhərində orta məktəbə silahlı hücum hazırlayan şəxs saxlanılıb.

Müəyyən olunub ki, həmin şəxs 2006-cı il təvəllüdlü Krasnoyarsk sakinidir.

Onun üzərindən ov silahı və güllələr, eləcə də əldəqayırma partlayıcı qurğu, rabitə vasitəsi və planlaşdırdığı cinayət haqqında məlumatın əks olunduğu gündəlik aşkarlanıb.


Create Account



Log In Your Account