Dec 26 2019 14:09
Elshad Aliyev
Views: 114

Rusiyanın Voronej vilayətinin Ramon rayonunun rəhbəri Nikolay Frolova qarşı sui-qəsd olub. 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, N. Frolov avtomobilinə əyləşdiyi vaxt maşına yerləşdirilən partlayıcı qurğu işə düşüb.

Hadisə nəticəsində o, sağ qalsa da, xəsarət alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. Frolov əməliyyat olunacaq.  

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Voronej vilayəti qubernatorunun müavini Vitali Şabalaov bildirib ki, N. Frolovun vəziyyəti stabildir. Onun sözlərinə görə, hadisə nəzarət altına götürülüb.

43 yaşlı N. Frolov 2018-ci ilin iyulundan etibarən adıçəkilən rayona rəhbərlik edir.


Create Account



Log In Your Account