May 13 2020 11:54
Elshad Aliyev
Views: 48

Rusiyada son sutka ərzində daha 10 028 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 242 271 nəfərə çatıb.

Son sutka ərzində 96 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2212 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 48 003 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.


Create Account



Log In Your Account