Mar 17 2021 12:01
Elshad Aliyev
Views: 128

Rusiyanın Adıgey Respublikasında terror aktı planlaşdıran İŞİD tərəfdarı saxlanılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Saxlanılan şəxsin Orta Asiya respublikalarından birinin vətəndaşı olduğu bildirilib.

O, ticarət mərkəzində partlayış törətməyə hazırlaşdığını etiraf edib.

Saxlanılan şəxsin evində əldə qayırma partlayıcı qurğunun komponentləri İŞİD bayrağı aşkarlanıb.

 


Create Account



Log In Your Account