Apr 30 2020 13:10
Elshad Aliyev
Views: 62

Rusiyada ötən gün ərzində koronavirus infeksiyasına rekord sayda – 7099 yoluxma halı aşkar edilib.

AZƏRTAC xəbər verir ki, ötən gün Rusiyada daha 7099 nəfər COVID-19 xəstəsi aşkar edilib. Hazırda ölkədə 106 min 498 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onların 11 min 619 nəfəri sağalıb, 1073 xəstə vəfat edib.

Ötən gün Rusiyada 1333 xəstə sağalıb, 101 nəfər həyatını itirib.

Moskvada COVID-19-a yoluxan 3093 yeni xəstə aşkar edilib.


Create Account



Log In Your Account