Jun 19 2021 11:00
Elshad Aliyev
Views: 93

Rusiyanın Kemerovo vilayətində təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, L-410 təyyarəsi vilayətin Promışlennı rayonunun Juravlyovo kəndi yaxınlığında qəza enişi edib. Nəticədə təyyarədəki 20 nəfərdən 7-si həlak olub, 13 sərnişin yaralanıb.

Qəzadan əvvəl təyyarə pilotlarının mühərriklərdən birində nasazlıq yaranması barədə dispetçerə məlumat verdiyi bildirilir.

 


Create Account



Log In Your Account