Jun 16 2017 14:10
Naile Hesenova
Views: 1880

Rusiyada helikopter tipli “Voron 777-1” pilotsuz uçuş aparatı (PUA) yaradılıb. RİA Novosti-nin verdiyi məlumata görə, PUA radioelektron mübarizənin aparılması və atıcı silahın istifadəsi üçün istehsal olunub. “Voron 777-1” əvvəlki “Voron 700” modelinin əsasında yaradılıb. PUA təxminən 30 at gücünə malik porşen mühərrikə sahibdir. O, həm avtonom rejimdə, həm də əl ilə idarəetmə vasitəsilə uça bilər. Maksimum uçuş müddəti 4 saat, məsafəsi isə 5,5 kilometrdir. PUA-nın maksimum uçüş kütləsi təxminən 90 kiloqram təşkil edir.


Create Account



Log In Your Account