Feb 17 2020 16:34
Elshad Aliyev
Views: 84

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə göstərdiyi zəiflik Yerevanın özündə belə sərt tənqidlərə hədəf olub.

Bu barədə “Report”a rusiyalı politoloq Yevgeni Mixaylov mükaliməni şərh edərkən bildirib.

“Münhendə keçirilən bu qarşılaşma baş nazir Nikol Paşinyanın tutduğu vəzifəyə qətiyyən uyğun gəlmədiyini bütün dünyaya göstərdi. Görüş zamanı bir siyasətçinin bundan daha acınacaqlı vəziyyətə düşməsini təsəvvürə gətirmək mümkün deyil”, - o qeyd edib.

Rusiyalı politoloq vurğulayıb ki, Azərbaycan Prezidentinin Dağlıq Qarabağla bağlı inamlı və qətiyyətli nitqi ilə müqayisədə Ermənistan baş nazirinin dedikləri dünya ictimaiyyətinin nəzərində son dərəcə sönük və acizdir.

“Kimin hansı savada sahib olduğu dərhal sezildi. Diplomatik münasibətlərdən ali təhsil almaq hara, iki milyonluq respublika səviyyəsindəki qəzetlərdə cızma-qaralar dərc etdirmək hara”, - deyə ekspert əlavə edib

Y.Mixaylov qeyd edib ki, Azərbaycan Prezidenti öz nitqini beynəlxalq hüquq müddəalarına əsasən qurduğu halda, Ermənistanın baş naziri yalnız “böyük Ermənistan nağılları”ndan dəm vurdu: “Onun acizliyi tamamilə məntiqli olaraq diqqət çəkdiyi Yerevanda belə Münhen konfransında göstərdiyi zəifliyə görə çox sərt tənqidlərə tuş gəldi. Hətta Əliyevlə Paşinyanın əl sıxdıqları fotoşəkildə belə Azərbaycan Prezidentinin Paşinyandan istər fiziki, istərsə də ovqat sarıdan nə qədər üstün olduğunu sezmək üçün böyük psixoloq olmaq vacib deyil. Azərbaycan xalqının haqlı olduğuna əmin olan liderinin yanında Paşinyan kiminləsə tanış etmək istədikləri utancaq qız kimi nəzərlərini kənara yayındırır, üzə şax baxmağa cürət etmidi”.


Create Account



Log In Your Account