Jul 01 2020 17:54
Elshad Aliyev
Views: 137

İyulun 1-də səhər saat 8.00-da Rusiyanın Azərbaycandakı səfirliyinin konsul bölməsi binasında RF Konstitusiyasına düzəlişlərə dair ümumrusiya səsverməsi üçün seçki məntəqəsi açılıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə yaşayan və ya Azərbaycanda müvəqqəti olan Rusiya Federasiyası vətəndaşları gün ərzində səs verirlər. Məntəqə Bakı vaxtı ilə 20.00-dək işləyəcək.

Səsvermə koronavirusun yayılmasının qarşısının alınması üçün sanitar normalara riayət edilməklə keçirilir: sosial məsafə gözlənilir, səsverməyə gələnlərin hərarəti ölçülür, onlara birdəfəlik istifadə üçün əlcək, maska və diyircəkli qələm verilir.


Create Account



Log In Your Account