Dec 02 2019 11:28
Elshad Aliyev
Views: 322

Rusiyanın Zabaykalye diyarının qubernatoru Aleksandr Osipovun əmri ilə dekabrın 2-si regionda matəm günü elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə qubernatorun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, dekabrın 1-də sərnişin avtobusunun Zabaykalye diyarının Sretensk rayonundakı Kuenya çayına düşməsi nəticəsində 41 sərnişindən 19 nəfər həlak olub, 22-si xəsarət alıb.

İlkin ehtimala görə, qəzaya avtobusun təkərinin partlaması səbəb olub.


Create Account



Log In Your Account