Dec 26 2019 12:40
Elshad Aliyev
Views: 125

Şirvan Milli Parkı ceyran populyasiyasının Avropada təbii halda yayıldığı yeganə ərazidir. Ərazisi 65 min hektar olan Milli Parkda, 8-9 min baş ceyran yaşayır.

Hər il Şirvan Milli Parkından 30-40 baş ceyran fərdi Azərbaycanın əvvəllər ceyran populyasiyası mövcud olan ərazilərinə - Acınohur və Mil düzlərinə, Korçay, Ceyrançöl ərazilərinə reintroduksiya edilir. Artıq həmin ərazilərin öz ceyran populyasiyası formalaşıb.

Şirvan Milli Parkı dünyada nadir ərazilərdəndir ki, burada həm vəhşi təbiət olduğu kimi saxlanılır və qorunur, həm də neft hasilatı prosesi gedir. Bu faktor Şirvan Milli Parkına gələn turistlərin diqqətini xüsusilə cəlb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şirvan Milli Parkının direktoru Arzu Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Milli parkın direktoru həmin xüsusi mühafizə olunan təbiət ərazisində 167 quş, 24 sürünən, 12 balıq, 6 amfibiya növlərinə də rast gəlindiyini diqqətə çatdırıb.


Create Account



Log In Your Account