Jan 20 2017 14:31
Ulviyye Sabirqizi
Views: 1802

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 21-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən CBC-yə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° isti, gündüz  5-7° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz  60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

 


Create Account



Log In Your Account