Apr 11 2017 18:00
Ulviyye Sabirqizi
Views: 1458

Sabah səhər saatlarından etibarən Dövlət Elektrik Stansiyasına gedən yolun “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Arenanın yerləşdiyi hissəsində və “Azal” Arena istiqamətinə gedən Starçük küçəsində nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.

Bu barədə CBC-yə "Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək. Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Create Account



Log In Your Account