Feb 06 2017 13:00
Ulviyye Sabirqizi
Views: 1442

Fevralı 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən CBC-yə bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz   10-12° isti olacaq.

Atmosfer  təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 80-90 %, gündüz 50-60 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.


Create Account



Log In Your Account