Apr 27 2019 13:45
Naile Hesenova
Views: 158

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14° isti, gündüz 17-21° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti təşkil edəcək.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.

 


Create Account



Log In Your Account