Jun 25 2021 17:56
Elshad Aliyev
Views: 2775

Sabirabadda Vətən müharibəsində şücaət göstərən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralanan qazilərlə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə görüş keçirilib.

AZƏRTAC-ln bölgə müxbiri xəbər verir ki, görüş zamanı çıxış edənlər qaziləri düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, hərbçilərimizin torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.

Sonra qazilərimizin Vətən uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlarından söz açılıb.

Görüşdə dövlət tərəfindən şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu diqqətə çatdırıblar.

Sonda qazilərimizə Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr təqdim edilib.


Create Account



Log In Your Account