Aug 03 2020 16:43
Elshad Aliyev
Views: 147

Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında telefon danışığı olub.  

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, TBMM Sədrinin təşəbbüsü ilə baş tutan telefon danışığında qardaş ölkənin Spikeri Milli Məclis Sədrini, bütün millət vəkillərini və bütövlükdə Azərbaycan xalqını müqəddəs Qurban bayramını təbrik etmiş, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb. Milli Məclis Sədri bu xoş niyyət və diqqəti üçün türkiyəli həmkarına təşəkkürünü ifadə edib, öz növbəsində Mustafa Şentopun, TBMM-nin bütün üzvlərinin və qardaş Türk xalqının Qurban bayramını təbrik edib.


Create Account



Log In Your Account