Dec 25 2019 11:01
Elshad Aliyev
Views: 108

Dekabrın 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş Qida Təhlükəsizliyi Agentliyi, İİTKM, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC, Aqrar Kredit və İnkişaf Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən İİTKM-in departament rəhbəri Nicat Hacızadə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti, “Azexport.az” portalı üzərindən ixrac imkanlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətləri barədə məlumat verib.

Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov isə ixrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu barədə iştirakçıları məlumatlandıraraq ölkəmizin ixrac coğrafiyasının şaxələndirilməsi və qeyri-ənənəvi bazarlara çıxış imkanları baxımından görüşün vacibliyini vurğulayıb.


Create Account



Log In Your Account