Apr 03 2017 18:27
Ulviyye Sabirqizi
Views: 1285

Bu gün Sankt Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində partlayış baş verib.

CBC xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

Rusiya Milli Antiterror Komitəsi (MAK) ölən və yaralıların sayını açıqlayıb. MAK partlayış nəticəsində 9 nəfər öldüyü, 20 nəfər yaralandığını təsdiqləyib.
 
Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko isə bildirib ki, metroda partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb. Həlak olanların yaxınlarına 2,025 milyon rubl dəyərində maddi təzminat veriləcək. Yaralananlara isə xəsarət dərəcələrindən asılı olaraq 2 milyon rubladək təzminat ödəniləcək.


Create Account



Log In Your Account