Nov 14 2019 11:45
Elshad Aliyev
Views: 44

Noyabrın 21-22-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının (MDB PAA) payız sessiyası keçiriləcək.

MDB PAA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, payız sessiyasının əsas tədbirləri təşkilatın qərargahında, Tavriya Sarayında keçiriləcək.

Noyabrın 21-də MDB PAA Şurasının dörd daimi komissiyasının - dövlət quruculuğu və yerli özünüidarə təcrübəsinin öyrənilməsi, aqrar siyasət, təbii ehtiyatlar və ekologiya, iqtisadiyyat və maliyyə, elm və təhsil komissiyalarının iclasları keçiriləcək.

Elə həmin gün MDB Parlamentlərarası Gənclər Assambleyasının iclası başlanacaq. “Kənd ərazilərinin davamlı inkişafı” mövzusunda dəyirmi masa təşkil ediləcək.

Noyabrın22-də Sarayın Duma zalında MDB PAA-nın 50-ci plenar iclası başlanacaq. Bu iclas çərçivəsində MDB PAA-nın Çingiz Aytmatov adına mükafatı və digər təltiflər təqdim ediləcək. Plenar iclasın sonunda Duma zalında konsert olacaq.


Create Account



Log In Your Account